“Kimyəvi silah hücumu ilə əlaqəli dərha istintaq başladılmalı”

Türkiyə, Suriyada Əsəd rejiminin İdlibdə həyata keçirdiyi kimyəvi silahlı hücumu qınayaraq, beynəlxalq təşkilatların bununla bağlı dərhal istintaq başladmasının lazım gəldiyini bildirib.

705957
“Kimyəvi silah hücumu ilə əlaqəli dərha istintaq başladılmalı”
suriyee.jpg

Xarici işlər nazirliyindən verilən açıqlamada: “Suriyanın İdlib vilayətinə bağlı Xan Seyhun bölgəsinə rejim qüvvələrinin təkşil etdiyi və çoxu uşaq olmaqla onlarla məsum insanın həyatını itirdiyi hücumları şiddətlə qınayırıq. Xan Şeyhundan gələn görüntü və məlumatlar, Əsəd rejiminin BMT-nin Təhlükəsizlik Şurasının 2118 və 2209 saylı qərarlarının pozuntusu hesab edilən kimyəvi silah istifadə etməkdə davam etdiyini göz önünə sərir. Beynəlxalq cəmiyyət hücumlara biganə qalmamalı və lazımlı reaksiya verilməlidir. Kimyəvi Silahların Qadağan Təşkilatı başda olmaqla beynəlxalq təşkilatlar, bu hücumlar ilə əlaqəli dərhal istintaq başladmalıdılar. Suriya rejimi nəzdində nüfuzu olan tərəflərə, bu mərhəmətsiz hücumların dərhal dayandırılması uğrunda lazımlı addımları atmaları üçün çağırış edirik” deyə vurğulanıb.

Prezidentin başkatibinin müavini və sözçüsü İbrahim Kalın da, Suriyada həyata keçirilən kimyəvi hücumun, döyüş və insanlıq cinayəti çərçivəsində dəyərləndirilməsinin lazım gəldiyini ifadə edərək: “Hücumu qınayırıq. bu hücumlar, Türkiyənin Suriya böhranı ilə əlaqəli izlədiyi siyasətin nə qədər doğru olduğunun göstəricisidir” deyib.

Avropa İttifaqı işləri üzrə nazir Ömər Çelik də, mövzu ilə əlaqəli açıqlamasında bildirib ki, Suriyada yalnız insanlar deyil insanlıq qətl edilir. Qırğını dayandırmaq üçün daha neçə Suriyalı uşaq ölməlidir?.

Digər tərəfdən, İdlibə təşkil edilən kimyəvi silah hücumdan təsirlənənlərdən 32 müalicə məqsədiylə Türkiyəyə gətirilib.



Әlaqәli Xәbәrlәr