Kalın:"Suriyadakı kimyəvi hücum hərbi cinayət və insanlıq cinayəti olaraq dəyərləndirilməlidir"

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Suriyanın İdlib şəhərində Əsəd rejimi tərəfindən mülki vətəndaşlara qarşı həyata keçirilən kimyəvi hücuma diqqət çəkərək, hadisəni ən sərt şəkildə qınadiqlarını söylədi.

705812
Kalın:"Suriyadakı kimyəvi hücum hərbi cinayət və insanlıq cinayəti olaraq dəyərləndirilməlidir"

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Suriyada baş verən kimyəvi hücumun hərbi cinayət və insanlıq cinayəti olaraq dəyərləndirilməsinin vacib olduğunu bildirdi.
 
 İbrahim Kalın Suriyanın İdlib şəhərində Əsəd rejimi tərəfindən mülki vətəndaşlara qarşı həyata keçirilən kimyəvi hücuma diqqət çəkərək, hadisəni ən sərt şəkildə qınadıqlarını söylədi.
 
 Prezident Aparatının sözçüsü adi hal alan bu hücumların Türkiyənin Suriya böhranının əvvəlindən etibarən tutduğu mövqenin nə qədər doğru olduğunu açıq şəkildə ortaya qoyduğunu qeyd etdi.
 
Kalın aralarında çox sayda uşağın da olduğu mülki vətəndaşları qətlə yetirən Əsəd rejiminin Suriyada davam edən atəşkəsi pozarkən qarşıdurma vəziyyətini və siyasi keçid hədəfini sabotaj etdiyini vurğuladı.



Әlaqәli Xәbәrlәr