Türkiyə DİN terrorla mübarizə əməliyyatları barədə məlumat yaydı

Türkiyə Daxili işlər Nazirliyi son 1 həftədə keçirilən terrorla mübarizə əməliyyatlarında 435 adamın nəzarətə alındığını, 50 terroristin də zəzrərsizləşdirildiyini bildirdi.

704625

 Daxili işlər Nazirliyindən 27 mart-3 aprel tarixləri arasında 262 əməliyyatın keçirildiyi barədə məlumat verildi.
 
 Əməliyyatlarda 29 terrorçu məhv edildi, 11-i təslim oldu. 

 Əməliyyatlar çərçivəsində terror təşkilatlarına yardım və vasitəçilikdə şübhəli bilinən 435 nəfər saxlanıldı.
 
 Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) ilə əlaqəsi olan 973, DEAŞ ilə əlaqəsi olan 65, sol terror təşkilatı ilə əlaqəsi olan 28 nəfər haqqında da nəzarət qərarı verildi.

Әlaqәli Xәbәrlәr