Fələstinli alimlərdən prezident Ərdoğana dəstək

Fələstinli alimlər, 16 Apreldə kanstitusiyaya dəyişiklik edilməsi ilə əlaqəli Türkiyədə keçiriləcək referandum ərəfəsində, bəzi qərb ölkələrinin Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan əleyhdarı kampaniyalarına kəskin reeaksiya veriblər.

702498
Fələstinli alimlərdən prezident Ərdoğana dəstək

1948 Fələstin İslami Hərəkatı lideri Şeyx Raid Saleh verdiyi açıqlamada: “Qərb liderlərin, jurnalistlərin, yazıçıların və ziyalıların, prezident Rəcəb Tayyib Ərdoğana istiqamətli hücumları şübhəsiz ki, Qərbin münafiqliyini ortaya qoyur. İslam aləminin qabaqcıl simvol şəxsiyyətlərindən biri olan prezident Ərdoğanı hədəf alan, bütün kin və nifrət oxlarını ona istiqamətləndirən Qərb istəyir ki, İslam aləmi geri qalmış bir birlik olaraq özlərinin qarşısında əyilsin. Hümanitar yardım olaraq xarakterizə edilən “sözdə yardım” dilənməsini və öz mənliklərindən güzəştə getməsini istəyir. Prezident Ərdoğan isə onların haqsız tələblərinə boyun əymədiyi və lazımlı cavabı verməkdə imtina etmədiyi üçün hədəf götürülür. Cənab Ərdoğan, İslam dünyasına ümid vəd edən güc və müqavimət ilə böyük bir inkişaf hücumunu başlatdı. Türkiyə Ərdoğanın liderliyində layiq olduğu mövqeyə çatdı. Türkiyə xalqının iradəsinin səsi olan Ərdoğan, beynəlxalq ictimaiyyətdə ölkəsinin etibarını təzələdi. Hər baxımdan layiq olduğu mövqeyə yüksəlməsi üçün bütün maneələri birbə-bir ortadan qaldırdı. Onun inqilab vəsfindəki bu uğurları qarşısında səlib zehniyyətinin kin və düşmənlik atəşi alovlanmağa başladı. Bu ruhu, Qərb liderlərin sözləri və prezident Ərdoğana istiqamətli nalayiq hücumlar ortaya qoyur. Prezident Ərdoğan məzlumların ümididir. Cərəyan edən bu prosesi yoxladığımda, özümə belə bir sual ünvanlamaq istəyirəm: “Görən Türkiyənin inkişafını təmin edən Ərdoğan mı hücuma və nifrətamiz sözlərə məruz qalmalı mı, yoxsa dünyanın müxtəlif bölgələrində məsum insanları qətl edən Putin və Trump mı?'. Hücuma məruz qalan Ərdoğandır. Bunun səbəbi isə prezident Ərdoğanın dünyadaki məzlumların ümidini təmsil etməsidir. Fələstin xalqının, Qüdsün və Məscid-i Əqsanın xilas olmasının xilas  olacağı  ümidi yaşadır. Lakin Ərdoğanı hədəf götürənlər bu ümidləri söndürmək istəyirlər. Ancaq onlar bunu bacara bilməyəcəklər. Buna inamımız tamdır” deyə vurğulayıb.

Qüds Yüksək İslami nümayəndə heyətinin rəhbəri və Məscid-i Əqsa İmam Xatibi Şeyx İkrimə Səbri də bəzi Avropa ölkələrinin son dövrdə Türkiyə və Ərdoğana qarşı izlədikləri siyasəti “hörmətsiz və dövlət ənənəsinə zidd” xarakterizə edərək: Avropalı liderlərin Türkiyə və başçısı Rəcəb Tayyib Ərdoğana istiqamətli hücumları qəbul ediləbilməzdir. Bu məzmunda ölkələrində yaşayan Türkiyə vətəndaşlarına istiqamətli təzyiqlərə dərhal son qoymalıdılar. Qərb ölkələrinin Ərdoğana və Türkiyəyə istiqamətli bəyanatları, həddini aşan, hörmətdən məhrum, dövlət ənənəsinə ziddir” deyə qeyd edilib.

 



Әlaqәli Xәbәrlәr