Çavuşoğlu və Tillerson birgə mətbuat konfransı keçirdilər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Rex Tillerson görüşdülər. Görüşdən sonra mətbuat konfransı keçirildi.

702666
Çavuşoğlu və Tillerson birgə mətbuat konfransı keçirdilər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Rex Tillerson görüşdülər.
Görüşdən sonra birgə mətbuat konfransı keçirildi.
 
 Çavuşoğlu mətbuat konfransında:"Əlaqələrimizə yeni bir enerji qatmalıyıq. ABŞ rəhbərliyi YPG ilə PKK-nın bir fərqinin olmadığını qəbul edir. PKK terror siyahısındadır. Amma təəssüf ki, keçmiş dövrdə Suriyada YPG ilə əməkdaşlığı gördük və keçmiş rəhbərliyin YPG-yə dəstək verdiyini də gördük" ifadələrini istifadə etdi.
 
 Çavuşoğlu, eyni zamanda, Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) başçısı Fətullah Gülənin ekstradisiyasına dair sənədləri ABŞ-a göndərdiklərini və bu məsələ ilə bağlı konkret addımların atılmasını gözlədiklərini bildirdi.
 
 Çavuşoğludan sonra söz alan Tillerson görüşdə üç əsas mövzu- terror təşkilatı DEAŞ, iqtisadi münasibətlər və bölgədəki sabitlik məsələləri ətrafında danışdıqlarını qeyd etdi. 
 
 Türkiyənin terror təşkilatı DEAŞ-a qarşı mübarizədə əhəmiyyətli bir müttəfiq olduğunu ifadə edən Tillerson Trump rəhbərliyinin Türkiyə ilə münasibətləri inkişaf etdirməyə davam edəcəyini söylədi.
 
 



Әlaqәli Xәbәrlәr