"Berndə keçirilən mitinq siyasi biabırçılıqdır",N.Kurtulmuş

Baş nazirin müavini Numan Kurtulmuş martın 25-də İsveçrənin paytaxtı Berndə terror təşkilatları tərəfindən keçirilən mitinqlə əlaqəli olaraq bu ölkənin rəsmilərini məsuliyyətə cəlb edib.

700838

Numan Kurtulmuş Berndə aralarında terror təşkilatları PKK, DHKP-C və YPG-nin də olduğu qruplar tərəfindən keçirilən mitinqdə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana qarşı nifrət sözləri yazılmış plakatların səbr kasasını daşıran, bütün tərbiyə, əxlaq, demokratiya sərhədlərindən kənarda bir davranış olduğunu vurğulayıb.

Türkiyənin təşəbbüsləri nəticəsində İsveçrə rəsmilərinin mitinqlə əlaqəli istintaq başlatdıqlarını xatırladan Kurtulmuş deyib ki, sadəcə mitinq keçirilənlərə deyil, o mitinqin keçirilməsinə icazə verənlər haqqında da istintaq başladılmalıdır. Bu, siyasi biabırçılıqdır, İsveçrə kimi bir ölkədə xalq tərəfindən seçilmiş bir dövlət başçısını; Ərdoğanı hədəf götürən plakatlar ilə Türkiyədə keçiriləcək referendum üçün “yox” mitinqi təşkil edilməsi əslə qabul edilə bilməz. İsveçrənin siyasi mənada da addımlar atması vacibdir.

Әlaqәli Xәbәrlәr