Rəcəb Tayyib Ərdoğan:'Türkiyənin gücü Avropanı narahat edir '

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özəl televiziya kanalında gündəmi dəyərləndirdi.

700305
Rəcəb Tayyib Ərdoğan:'Türkiyənin gücü Avropanı narahat edir '

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin böyümə və sərmayə sürətinin Avropa İttifaqının üzvü olan ölkələrdən daha yüksək olduğunu bildirərək:'Türkiyənin bu gücü onları narahat edir' dedi.

Ərdoğan özəl televiziya kanalında gündəmi dəyərləndirdi.

Türkiyə iqtisadiyyatının inkişafından danışan Türkiyə prezidenti Avropanın Türkiyədə böyük layihələrin həyata keçirilməsini təhlükə olaraq gördüyünü qeyd etdi.

Təhsildə, səhiyyədə, ticarətdə və kənd təsərrüfatındakı inkişafın da Avropanın narahatlığına səbəb olduğunu deyən Ərdoğan bu ölkələrlə son zamanlar yaşanan gərginliklərin təməlində bu qorxunun olduğunu söylədi.

Ərdoğan alman və ingilis rəsmilərinin:'15 iyul dövlət çevrilişi cәhdinin arxasında Fətullahçı Terror Təşkilatının (FETÖ ) durduğu dəqiq deyil' açıqlamalarına toxunaraq:'Çevriliş cәhdi ilə bu əlaqəni görə bilmirlərsə, məsələni sağlam düşüncə ilə dəyərləndirə bilmirlər' dedi.

Prezident Ərdoğan Almaniya kansleri Angela Merkelə onun keçən ay Türkiyəyə etdiyi səfəri zamanı Almaniyadakı 4500 terrorçunun aqibəti ilə bağlı verdiyi suala da cavab ala bilmədiyini xatırlatdı.



Әlaqәli Xәbәrlәr