İsveçrədə Ərdoğanı hədəf alan qalmaqallı plakatla bağlı istintaq işi açıldı
İsveçrənin Bern-Mitteland bölgə prokurorluğu separatçı terror təşkilatı PKK-nın da aralarında olduğu terrorçu qruplar tərəfindən açılan və prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan qalmaqallı plakatla bağlı istintaq işi açdı.
İsveçrənin Bern-Mitteland bölgə prokurorluğu separatçı terror təşkilatı PKK-nın da aralarında olduğu terrorçu qruplar tərəfindən açılan və prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan qalmaqallı plakatla bağlı istintaq işi açdı.
Paytaxt Berndə təhlükəsizlik işləri üşzrə müdir Reto Nause istintaqın terrorçuların mitinqin icazə şərtləriə əməl etməməsi səbəbindən başlanıldığını bildirdi.
Lakin qalmaqallı plakatla bağlı bu ana qədər hər hansı bir həbs əməliyyatı həyata keçirilməyib.
Şənbə günü keçirilən icazəli mitinqi İsveçrə Sosialist Partiyası və Yaşıllar Partiyası dəstəkləmişdi.
Türkiyə Xarici İşlər Nazirliyi zorakılığı və terroru açıq şəkildə təbliğ edən aksiyaya icazə verilməsinə etiraz edən bəyanat yaymışdı.
Bəyanatda sözügedən cinayət barəsində dərhal hüquqi tədbirlərin görülməsi tələb edilmişdi.
Nazirlik İsveçrənin Ankaradakı səfiri Walter Haffneri çağıraraq, terror təşkilatı tərəfdarlarının Berndə prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan mitinq təşkil etməsi ilə əlaqədar narahatlıq ifadə etmişdi.
Xarici İşlər Nazirlyində Haffnerə cinayətkarların gecikmədən müəyyən edilərək məhkəməyə çıxarılacağına və layiq olduqları cəzaya məhkum ediləcəklərinə, həmçinin, bundan sonra bu növ hadisələrin baş verməməsi üçün lazımi tədbirlərin görüləcəyinə ümid edildiyi bildirilmişdi.