Avstriyanın paytaxtı Vyanada Türk Səfirliyinə hücum təşkil edilib

16 Apreldə konstitusiyaya dəyişiklik edilməsiylə əlaqəli baş tutacaq referandum əvvəli, irqçiliyin sürətlə yayıldığı Avropada daha bir qeyri-qanuni cəhd yaşandı.

697648
Avstriyanın paytaxtı Vyanada Türk Səfirliyinə hücum təşkil edilib

Avstriyanın paytaxtı Vyanada Türk Səfirliyi binasına prezident Rəcəb Tayyib Ərdoğanı hədəf götürən bir pankart asıldı.

Məlumata görə hadisə iki quldur tərəfindən gerçəkləşdirilib. Onlar pankartı astıqdan sonra bölgədən sürətlə ayrılıblar. Türkiyənin Vyana Səfirliyi, quldurların tutulmaları üçün Avstriya rəsmiləriylə danışıqlar edir.

Ədalət naziri Bəkir Bozdağ da Yozqat şəhərində jurnalistlərə verdiyi açıqlamasında hadisəni qınayıb və bəzi Avropa ölkələrində irqçiliyin siyasətdə ön plana çıxdığını, bu ölkədəldə ayrı-seçkilik, irqçilik, ksenofobiya, İslamafobi və Türkiyə əleyhdarlığının bir epidemiya kimi yayıldığını qeyd edib. Xarici İşlər Nazirliyinin sözçüsü səfir Hüseyn Müftüoğlu da hərəkətə görə məsuliyyəti bir qrup irqçinin üzərinə götürdüyünü bildirib.



Әlaqәli Xәbәrlәr