XİN, Niderlanda sərt reaksiya verib

Türkiyə, separatçı terror təşkilatı PKK-nın Niderlandda nümayiş təşkil etməsinə icazə verilməsindən sərt reaksiya verib.

696325
XİN, Niderlanda sərt reaksiya verib

Xarici İşlər Nazirliyindən mövzu ilə əlaqəli verilən açıqlamada: “Terror təşkilatı tərəfdaşlarına nümayiş icazəsi verilməsi, Niderlandın son dövrdə Türkiyəyə istiqamətli izlədiyi tərəfli və düşmən siyasətin davam etdiyini göz önünə sərir” deyilib.

Niderlandın Türk nazirlərinin yığıncaq və mitinq təşkil etmələrinə icazə vermədiyi xatırladılan şərhdə: “ölkədə yaşayan Türk vətəndaşlarının Türk rəsmilər ilə görüşlərinə maneə törədərək diplomatik və konsulluq əlaqələrinə dair müqavilələri pozan, ifadə və yığıncaq azadlığını qəsb edən Niderlandın, terror təşkilatının Türkiyə əleyhinə nümayiş təşkil etməsinə və tədbir zamanı əleyhdə şuarlar səsləndirməyinə biganə qalması qəbul edilməzdir. Bu Türkiyəyə qarşı iki üzlülük siyasətin göstəricisidir” deyə vurğulanıb.

Qeyd edək ki, Niderlandın Haaqa şəhərində təşkil etdikləri “novruz bayramını” qeyd etmə mitinqinə, PKK tərəfdaşları əllərində quldurbaşçısının posterləri və təşkilatın simvolu olan parçalar ilə qatılmışdılar.



Әlaqәli Xәbәrlәr