“Norveç xainləri Türkiyəyə ekstradisiya etməli”

Baş nazir müavini Numan Kurtulmuş, biri hərbi attaşə olmaqla 5 çevrilişçinin sığınma tələbini qəbul edən Norveçə reaksiya verib.

696668
“Norveç xainləri Türkiyəyə ekstradisiya etməli”

Numan Kurtulmuş, Anadolu Xəbər  Agentliyinə (AA) verdiyi müsahibədə, Fətullahçı Terror Təşkilatı (fəto)-nun 15 iyul çevriliş cəhdindən sonra Norveçdən sığınacaq tələb edən xainləri ekstradisiya etməsini istədiklərini ifadə edərək: “Bu açıq-aydın, fəto deyilən xain terror təşkilatına dəstək verməkdir. Quldurları qorumaqdır. Türkiyə olaraq belə bir rəftarı qəbul etmərik. Avropa ölkələrinə sığınan və bəlkə önümüzdəki dövrdə də pənah aparacaq Fəto mənsubu quldurların, dərhal Türkiyəyə ekstradisiya edilmələrini gözləyirik. Türkiyə ilə bu ölkələr arasındakı dostluq əlaqələrimiz bunu tələb edir” deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr