"Bu qərar göstərilən səylərə zərər verəcəkdir", H. Müftüoğlu

H.Müftüoğlu proses tətbiq edilmədən Kərkükün statusu ilə əlaqədar hər hansı bir qərarın verilməsinin İraqdakı razılıq və sabitliyin yaranması ilə əlaqəli səylərə zərər verə biləcəyini söyləyib.

694611
"Bu qərar göstərilən səylərə zərər verəcəkdir", H. Müftüoğlu

Türkiyə Kərkük Valiliyinin İraq Kürd Regional Rəhbərliyi bayrağından dövlətə məxsus binalarında rəsmi günlərdə İraq bayrağı ilə birlikdə istifadə edilməsi üçün Kərkük Vilayət Məclisinə etdiyi şikayəti yadırğadığını bildirib.

Xarici İşlər Nazirliyi sözçüsü Hüseyn Müftüoğlu mövzuya bağlı bir sualı cavablandıraraq deyib ki, İraq konstitusiyası İraqdakı mübahisəli daxili inzibati sərhədlərlə əlaqədar olaraq izlənilməsi lazım olan prosesi məyyən etmişdir.

Müftüoğlu proses tətbiq edilmədən Kərkükün statusu ilə əlaqədar hər hansı bir qərarın verilməsinin İraqdakı razılıq və sabitliyin yaranması ilə əlaqəli səylərə zərər verə biləcəyini söyləyib.

Müftüoğlu deyib ki, bu cür cəhdlərin İraqın ictimai, mədəni və iqtisadi zənginliyinə zərər vermə təhlükəsi var. 



Әlaqәli Xәbәrlәr