“Diplomatiya tarixində utanc gecəsi yaşandı”, F.Kaya

Türkiyə Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kaya dünən həm də Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının Qadının Statusu Komissiyasının 61-ci iclasında etdiyi çıxışında Hollandiyada yaşadırlarını danışıb.

693233
“Diplomatiya tarixində utanc gecəsi yaşandı”, F.Kaya

  Türkiyə Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kaya 11 mart şənbə gecəsi Hollandiyanın hərəkətini “diplomatiya tarixində utanc gecəsi” adlandırıb.

  O, Dənizli Sənayeçi Tacir İşadamları Platformasının təşkil etdiyi İş Dünyası Müşavirəndə deyib: “Keçən həftə Almaniya və Hollandiyadakı türklərlə bir araya gəldik, amma Rotterdam şəhərindəki Türkiyə Konsulluğuna 30 metr qalmış polislər tərəfindən götürüldük… Buna baxmayaraq, dik dururuq… O gecə Hollandiyanın hərəkəti diplomatiya tarixində utanc gecəsi idi. Bizi deportasiya etmək istədilər. Konsulu və məsləhətçisini nəzarətə aldılar. Qadın nazir olaraq bu rəftarı qınayıram. “8 Mart Beynəlxalq Qadınlar bayramından 3 gün sonra Avropanın göbəyində bizə bunu niyə etdilər?” deyə düşünürəm.”

  Türkiyə Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kaya dünən həm də Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının Qadının Statusu Komissiyasının 61-ci iclasında etdiyi çıxışında Hollandiyada yaşadırlarını danışıb.



Әlaqәli Xәbәrlәr