"Yaxında Avropada din savaşları da başlayacaq", M.Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropada ola biləcək təhlükələrə qarşı xəbərdar etdi.

692799
"Yaxında Avropada din savaşları da başlayacaq", M.Çavuşoğlu

    Antalyada görüşlərdə olan Çavuşoğlu Hollandiyada edilən seçki nəticələrilə bağlı deyib: "Sosial demokratla faşist Vilders arasında heç bir fərq yoxdur, hamısı eyni başdadır. Nə əldə edəcəksiniz? Avropanı hara aparırsınız? Avropanı çökdürməyə başladınız. Avropanı uçuruma aparırsınız. Yaxında Avropada din savaşları da başlayacaq. Bu gedişlə onu göstərir. Avropanın tarixini aç, önlərinə qoy. Bir qram utanma varsa, bir-birlərinin üzlərinə baxa bilməzlər avropalılar. Fərqli dinlərdən olduqları üçün 100 il bir-birlərini kəsdilər, sonra dərs aldılar, Avropa İttifaqı, Avropa Şurası qurdular. İndi isə yenə bütün bunlar yox edilir. Avropa o köhnə günlərə gedir."



Әlaqәli Xәbәrlәr