“Avropada  ikiüzlülük zirvəyə çatıb”: M.Çavuşoğlu

Xarici  işlər  naziri Mevlüt Çavuşoğlu, Çanaqqalada Ticarət və Sənaye palatasında    çıxış  edib.

692054
“Avropada  ikiüzlülük zirvəyə çatıb”: M.Çavuşoğlu

Mevlüt Çavuşoğlu, 11 Martda Niderlandın Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kayanın Türkiyənin   öz  ərazisi   hesab  edilən  konsulluğa   daxil  olmasına   icazə  vermiyərək  irqçi  mövqe sərgilədiyini,  hadisədən  sonra Avropa ölkələrindən bəzi səlahiyyətlilərin   özünə   telefon  edərək Hollandiyanın   rəftarının   qəbul  edilməz   olduğunu  bildirdiyini,  baxmayaraq   həmin  ölkələr  tərəfindən Niderlanda dəstək verdiklərinin müşahidə  olunduğunu vurğulayıb. 

Avropalı səlahiyyətlilərin Türk tərəfinə həmrəylik  içində  olmasının   lazım   gəldiyinə  dair bəyanatlar  da  verdiklərini,  ancaq    onların   ifadələrinin   obyektiv olmadığını,  16  Apreldə   Türkiyədə  baş  tutacaq  referandumda  səs  verəcək  Türklərin   özlərindən  təsirlənmələri   üçün   əllərindən  gələn  səyi   etdiklərini,   ancaq  bu  cəhdlərində  uğurlu  ola  bilməyəcəklərini   qeyd  edib.

 



Әlaqәli Xәbәrlәr