Türkiyədən Avropa İttifaqına sərt reaksiya

Xarici İşlər Nazirliyi, Aİ-nın, ikitərəfli əlaqələrə zərbə endirən Niderlanda yox, Türkiyəyə “gərginliyə səbəb olacaq ifadələrdən imtina etməsi haqqda etdiyi çağırışın mənasız olduğunu bildirib.

691078
Türkiyədən Avropa İttifaqına sərt reaksiya

Xarici İşlər Nazirliyindən mövzu ilə əlaqəli verilən açıqlamada: “Son günlərdə ölkəmiz və Aİ-na üzv bəzi ölkələr arasında cərəyan edən proseslərə, ittifaqın Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti  üzrə  Ali Nümayəndəsi Federica Mogherini və alyansın qonşuluq əlaqələri üzrə komissarı Johannes Hahnin 13 martda bildirdikləri münasibətlərdə səhv sözlər və fikirlər əks  edib. Aİ, yaşanan gərginliyin daha çox tarıma çəkilməməsi üçün, diplomatik müqavilələri və hüququ heçə  sayaraq belə bir vəziyyətin yaranmasına səbəb olan ölkələrə bu rəftarlarından daşınmaları haqqında çağırış etmək əvəzinə Türkiyədən, həddindən artıq ifadələr və addımlardan imtina etməsini istəyir. Belə şərhlərlə irqçilər mükafatlandırılır. Alyans bunun idrakında olmalı və beynəlxalq məsuliyyətləri pozan ölkələrə güçlü mesajlar verməlidir. İnsan hüquqlarını və Avropa dəyərlərini heçə sayan Hollandiyaya dəstək böyük səhv olar.



Әlaqәli Xәbәrlәr