Nazir  Kaya: “Hollandiyada  şəhid olmağa  hazırdım”

Ailə və Sosial Siyasətlər üzrə nazir Fatma Betül Sayan Kaya, Hollandiyanın sərgilədiyi irqçi siyasətə münasibət bildirib. Nazir Kaya, cənab prezident Ərdoğan, Hollandiyadan geri qayıtmağımı istəməsəydi, orada şəhid olmağa   hazırdım  deyib.

690939
Nazir  Kaya: “Hollandiyada  şəhid olmağa  hazırdım”

Nazir Kaya, 16 Apreldə referanduma çıxarılacaq konstitusiyaya dəyişiklik haqqında Türk vətəndaşlarına məlumat vermək və onlarla bir araya gəlmək üzrə getdiyi ABŞ-ın New York ştatında Türkiyə vətəndaşlarının coşğusu ilə qarşılanıb. Xanım Kaya, burada verdiyi açıqlamada, Hollandiyanın Rotterdam şəhərinə yalnız 16 Apreldə referanduma çıxarılacaq konstitusiyaya dəyişiklik haqqında məlumat təqdim etmək üzrə getdiklərini, Türkiyənin bu ölkədəki konsulluğana belə daxil olmalarına icazə verilmədiyini xatırladaraq: “ Türkiyənin ərazisi hesab edilən konsulluğun 30 metr irəlisinə keçməyimizə icazə verilmədi. 7 saat Rotterdamda bir avtomobildə gözlətildik. Bəs bu irqçi və faşist rəftar deyil də nədir?. Cənab prezident Ərdoğan, ölkəmə qayıtmağımı istədikdən sonra Hollandiyanı tərk etdim. Əgər prezidentimizin belə bir tələbi olmasaydı, orada şəhid olmağa hazırdım” deyə vurğulayıb.

Avropada bir çox ölkədə Türkiyənin seminar və konfranslarının ləğv edildiyinə diqqəti çəkən nazir Kaya, Türkiyənin güclənməsini istəməyənlərin, 16 Apreldə baş tutacaq referandumdan da güçlü nəticə əldə etməsinə maneə törətmək üçün səy etdiklərini, Hollandiyanın bu irqpərvər siyasətinə ən doğru cavabı əziz Türk millətinin 16 Apreldə verəcəyinə inandığını qeyd edib və ABŞ-da yaşayan Türk vətəndaşlarına referanduma qatılmaları haqqında çağırış edib.



Әlaqәli Xәbәrlәr