Türkiyədə səhiyyə xidməti az məzrəfli və keyfiyyətlidir

Bunu Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ Ərzurumun Oltu qəsəbəsində vətəndaşlarla görüşü zamanı qeyd etdi.

688811
Türkiyədə səhiyyə xidməti az məzrəfli və keyfiyyətlidir

Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ Türkiyədə səhiyyə xidmətinin dünyanın bir çox ölkəsindən irəlidə olduğunu bildirdi.
 
 Akdağ: "Səhiyyə xidməti ABŞ-da adambaşına 9 min dollara başa gəldiyi halda,Türkiyədə bu rəqəm 500 dollardır" dedi.
 
 Akdağ Ərzurumun Oltu qəsəbəsində vətəndaşlarla görüşdü.
 
 Amerika Birləşmiş Ştatlarında hər vətəndaşın ildə 9 min dollar səhiyyə xərcinə rəğmən,30 milyon amerikalının xəstəxanaların qarşısında çarəsiz vəziyyətdə qaldıqlarını vurğulayan Akdağ: "Türkiyədə 80 milyonun hamısı dövlət xəstəxanalarında müalicə oluna bilir, yoxsulun da müalicə haqqını dövlət ödəyir" dedi.
 
 Türkiyənin səhiyyə sahəsində son illərdə böyük bir sıçrayışla irəlilədiyini vurğulayan Rəcəb Akdağ ölkənin hər bucağında xəstələr üçün pulsuz olaraq helikopter təcili yardım xidmətinin fəaliyyət göstərdiyini bildirdi.
 
 Səhiyyə xidmətlərinin ölkə hüdudlarını da aşdığını qeyd edən Akdağ vətəndaşların Ümrə ibadəti üçün getdikləri Səudiyyə Ərəbistandakı müqəddəs məknalarda da  pulsuz təyyarə təcili yardım xidmətinin olduğunu  xatırlatdı.
 
 Akdağ Türkiyədə bütün səhiyyə xidmətlərinin ABŞ-dan  daha aşağı məsrəflə və daha keyfiyyətlə həyat keçirildiyini söylədi.



Әlaqәli Xәbәrlәr