Nihat Zeybəkci, Bild qəzetində əks edən təhqiramiz xəbərlərə münasibət bildirib

Nihat Zeybǝkçi, Türkiyənin, iqtisadi baxımından Avropa İttifaqına birbaşa inteqrasiya olduğunu və bir nömrəli iqtisadi partnerinin isǝ Almaniya olduğunu bildirib.

688564
Nihat Zeybəkci, Bild qəzetində əks edən təhqiramiz xəbərlərə münasibət bildirib

Bəzi Avropa ölkələrinin Türk Siyasətçilərin xaricdə mitinq təşkil etmələrinə maneə törətmələri, Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (fəto / PDY) -nin 15 iyul xain qanlı çevriliş cəhdindən sonra Türkiyə ilə əlaqədar başladılan qavrayış əməliyyatlarının davamı xüsusiyyətindədir. Bunu İqtisadiyyat naziri Nihat Zeybekci təşkil etdiyi mətbuat konfransında deyib.

Türkiyənin iqtisadi baxımından Avropa İttifaqına birbaşa inteqrasiya olduğunu və bir nömrəli iqtisadi partnerinin Almaniya olduğunu xatırladan Zeybekci, bəzi fikirlərin qavrayış əməliyyatlarla bu əlaqələrə zərbə endirməkdə səy etdiklərini bildirib və Alman hökumətindən oynanan bu mənfi oyunları idrak etməsini gözlədiklərini, iki dost və müttəfiq ölkə arasında düşmənçilik yaradılmasına dair səylərə icazə verməməsinin lazım gəldiyini qeyd edib.

Almaniyanın media orqanı Bild qəzetində əks edən təhqiramiz xəbərlərə də münasibət bildirən Zeybekci, əxlaqa, insafa, nəzakətə zidd ifadələrin bütün Türkiyə xalqına edilmiş hesab edildiyini, Alman mətbuatında əks edən ifadənin antidemokratik və insan hüquqlarının olmadığı bir ölkədə belə İstifadə edilməsinin mümkün olmadığını, mediadakı bu cür təhqirlərin əks olunmasının qarşısının hüquq və demokratiya çərçivəsində almasının lazım gəldiyini bildirib.

Almaniyada milyon yarım Türk seçicinin yaşadığını və Türk Nazirlərin onlarla bir araya gəlməsinin təbii hüquqları olduğunu da ifadə edən Zeybekci, Almaniyanın vəzifəsi, buna maneə törətmək yox, Türk Nazirlərin bu haqqlardan  məhrum   edilməmələrinə zəmin yaratmaqdır deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr