İstanbul 2016-cı ilin “İnsanlıq payxatı” seçildi

Beynəlxalq Humanitar Forumu Türkiyənin humanitar yardım sahəsindəki fəaliyyətlərinə görə İstanbulu 2016-cı ilin “İnsanlıq payxatı” seçib.

689113
İstanbul 2016-cı ilin “İnsanlıq payxatı” seçildi

Beynəlxalq Humanitar Forumu Türkiyənin humanitar yardım sahəsindəki fəaliyyətlərinə görə İstanbulu 2016-cı ilin “İnsanlıq payxatı” seçib.

Fərqli ölkə, din və mədəniyyətlərdən aktivistlər tərəfindən yaradılan Beynəlxalq Humanitar Forumunun başlatdığı proqram çərçivəsində hər il, dünya miqyasında humanitar yardım göstərən ölkə “İnsanlıq paytaxtı” seçiləcək.

Buna görə İstanbul müxtəlif meyarlar nəzərdə tutularaq Türkiyənin göstərdiyi fəaliyyətlərə görə bu ünvana layiq görülən ilk şəhər olub.

Həmin çərçivədə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Qırmızı Aypara Cəmiyyəti, Türkiyə Təcili Hallar İdarəsi Sədrliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin də dəstəkləri ilə il ərzində mütxəlif tədbirlər keçiriləcək.

Ədalət və İnkişaf Partiyasının sədr müavini və Forum İnsanlıq Paytaxtı İstanbul Hazırlıq Komitəsinin üsvü Yasin Aktay verdiyi mətbuata açıqlamasında deyib ki, gözəl bir layihə başladıldı və ilk mükafatın İstanbula verilməsi bizi xoşbəxt etdi. Türkiyə humanitar mövzularda dünyada birinci yerdədir. Ölkəmizdə xeyli sayda qaçqın yaşayır. Onlar bizim qonaqlarımızdır. Türkiyə bunu yerinə yetirərkən heç bir mənfəət güdmür, tamamilə humanitar məqsədlidir.



Әlaqәli Xәbәrlәr