Binəli Yıldırım ilə Dmitriy Medvedev arasında telefon danışığı oldu

Türkiyənin baş naziri Binəli Yıldırım işgüzar səfərlə getdiyi  ŞKTR-də Rusiyanın baş naziri Dmitriy Medvedevlə telefon əlaqəsi saxladı.

688745
Binəli Yıldırım ilə Dmitriy Medvedev arasında telefon danışığı oldu

 Türkiyənin baş naziri Binəli Yıldırım işgüzar səfərlə getdiyi  ŞKTR-də Rusiyanın baş naziri Dmitriy Medvedevlə telefonla danışdı.
 
 Türkiyə ilə Rusiya arasındakı münasibətlərin yenidən inkişaf etməsi ilə bağlı razılıq ifadə edilən Yıldırım-Medvedev telefon görüşündə ticarət, nəqliyyat, kənd təsərrüfatı məsələləri ilə yanaşı gömrük, enerji və viza rejiminə dair gündəm mövzuları müzakirə olundu. Rusiyanın baş naziri Dmitriy Medvedev bəzi kənd təsərrüfatı məhsullarının Türkiyədən Rusiyaya ixracına icazə verən fərmanı imzaladığını bildirdi.
 
Baş nazirlər Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası ərəfəsində həyata keçirdikləri telefon görüşündə ikitərəfli əlaqələrin əmin addımlarla irəliləməsindəki qətiyyəti bir daha təsdiq etdilər.



Әlaqәli Xәbәrlәr