Mövlud Çavuşoğlu:"Siz nasistsiniz" demədik, "qərar nasist dövrünü xatırladır" dedik"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəzi nazirlərin görüşlərini ləğv edən Almaniya ilə yaşanan gərginlik barədə: "Biz alman rəhbərliyinə nasist demirik. Yaşananlar o dövrü xatırladır" dedi.

688023
Mövlud Çavuşoğlu:"Siz nasistsiniz" demədik, "qərar nasist dövrünü xatırladır" dedik"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu paytaxt Ankarada qəzet və televiziya kanallarının baş redaktorları ilə görüşdü.
 
 Almaniya ilə yaşanan gərginliyi şərh edən Çavuşoğlu Almaniyada bəzi nazirlərin görüşlərinin ləğv edilməsi qərarına Fətullahçı Terror Təşkilatının (FETÖ) və separatçı terror təşkilatı PKK-nın yüz faiz təsir etdiyini qeyd etdi.
 
 "Toplantı keçiriləcək yerlərə təzyiq edirlər" deyən Çavuşoğlu: "Siz nasistsiniz" demədik, "qərar nasist dövrünü xatırladır" dedik" deyə danışdı.
 
 Xarici işlər naziri Almaniyaya 30-a qədər tədbir üçün müraciət edildiyini və cavab gözləndiyini də sözlərinə əlavə etdi.
 
 Qeyd edək ki, Almaniya kansleri Angela Merkel alman parlamentindəki çıxışında: "Türkiyə əhəmiyyətli bir tərəfdaşdır, lakin nasist bənzətməsi kədərlidir" demişdi.



Әlaqәli Xәbәrlәr