“Türkiyəni bu yerlərdə istəməyənlərə inad olaraq…” R.T.Ərdoğan

Ankara Arenada Türkiyə Gənclik Klubu Federasiyasının (TÜGEF) "Gələcək üçün “bəli" tədbirində çıxış edən Ərdoğan dedi...

686789
“Türkiyəni bu yerlərdə istəməyənlərə inad olaraq…” R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan yeni sistemdə prezident və baş nazir vəzifələrini birləşdirdiyini və millətin qarşısına tək bir həmsöhbətin çıxacağını söylədi.

  Ankara Arenada Türkiyə Gənclik Klubu Federasiyasının (TÜGEF) "Gələcək üçün “bəli" tədbirində çıxış edən Ərdoğan dedi:

  "Bu ölkədə artıq “prezidentlə baş nazir savaşdı” deyə millətin bədəl ödəmək məcburiyyətində qalmasını istəmirik.

  Biz bu günə qədər etmədiklərimiz üçün deyil, ölkəmiz üçün edilməyənlər üçün rəhbərlik sistemini dəyişdiririk. Siyasətin, millətin tələblərinin, gözlənilənənlərin, ehtiyacların qeyri-müəyyənliyininin qarşısını almaq üçün rəhbərlik sistemini dəyişdiririk. Məclisi hökumət işlərini çəkmə vasitəsi etmək istəyənlərə meydanı buraxmamaq üçün rəhbərlik sistemini dəyişdiririk.

  Gənclərə güvənirəm. 15 iyulda tarix yazan gənclərimiz, inanıram ki, 16 apreldə yenidən tarix yazacaqlar. 21 yaşında bir dövrü qatlayıb özü bir dövr açan Fatehin nəvələri yeni bir dövrün açılmasına hazırdır.

  Tək millət üçün “bəli”, tək bayraq üçün “bəli”, tək vətən üçün “bəli”, tək dövlət üçün “bəli" deyirəm.

  Bu milləti bölə bilməyəcəklər. Bu torpaqlar üzərində Türkiyə Respublikası dövlətindən başqa bir dövlət ola bilərmi? Onlara dünyanı dar edərik. Tendürekdə tutub vurarıq, Cudidə tutub vurarıq, Bestler Dərəsində tutub vurarıq, Kandildə tutub vurarıq.

  DAEŞ-i Cerablus, Rai, Dabi və Əl Babdan təmizlədik. Amerika Birləşmiş Ştatları və Rusiyaya "Münbiçi və Rakkayı birlikdə təmizləyək" deyirik.

  Türkiyəni Suriyada istəməyənlərə inad olaraq oradakı qardaşlarla daha çox birlikdə hərəkət edib, daha böyük ərazidə varlığımızı göstərəcəyik.

  Türkiyəni İraqda istəməyənlərə inad sünni, şiə demədən, türkmən, ərəb, kürd demədən oradakı bütün qardaşlarımızla həmrəy olub davam edəcəyik.

  Eyni sözlərlə mən Türkiyəni Avropada istəməyənlərə də səslənirəm.



Әlaqәli Xәbәrlәr