“Qadınlarımıza hər sahədə güvənirik”, B.Yıldırım

Anadolunun dörd bir yanında Türkiyə qadınları cəsarət, fədakarlıq və uğur dastanı yazıb.

686809
“Qadınlarımıza hər sahədə güvənirik”, B.Yıldırım

  Türkiyənin Baş naziri Binəli Yıldırım Ədalət və İnkişaf Partiyası - AK Partiyanın Mərkəz Qadın Qolları Rəhbərliyi tərəfindən İzmirdə təşkil edilən 8 Mart Beynəlxalq Qadınlar Günü tədbirində iştirak edib.

  Anadolunun dörd bir yanında Türkiyə qadınlarının cəsarət, fədakarlıq və uğur dastanı yazdıqlarını vurğulayan Yıldırım deyib:

  "Biz qadınlarımızla qürur duyan bir ölkəyik. Veteranlar və şəhidlər arasında qadınların da olduğu böyük dövlətik. Tarixin hörmətlə baxdığı qadın qəhrəman əcdadlarımızın nəvələriyik.

  Türkiyənin 21-ci əsrin parlayan ulduzu olmasında qadınların da böyük payı var.

  İnkişaf edən, böyüyən ölkə olan Türkiyəni ağıllı və işgüzar qadın və kişilərlə birlikdə inşa edirik. Qadınlarımıza hər sahədə güvənirik."

  16 apreldə keçiriləcək prezidentlik sistemilə bağlı referenduma da toxunan Baş nazir deyib:

  "Uşaqlarımızın daha firavan bir ölkədə və daha yaxşı gələcək inşa etmələri üçün referendum reallaşacaq. İşıqlı gələcək üçün seçməyə gedəcəyik. Buna evdar, əngəlli, sahibkar, muxtar, millət vəkili və nazir qadınlar da kişilərlə barabər qatılacaq. Bu, cəmiyyətin bütün təbəqələrinin təmsil edildiyi bir Türkiyə fotosu olacaq.”



Әlaqәli Xәbәrlәr