Ömәr Çelik: ‘‘Almaniya Türkiyә ilә arasına ‘‘Berlin divarı’’ çәkir’’

Avropa İttifaqı  üzrә nazir Ömәr Çelik   Almaniyanın  Türkiyə ilə arasına ‘‘Berlin divarı’’ çәkdiyini  deyib.

687197
Ömәr Çelik: ‘‘Almaniya Türkiyә ilә arasına ‘‘Berlin divarı’’ çәkir’’

Avropa İttifaqı  üzrә nazir Ömәr Çelik   Almaniyanın  Türkiyə ilə arasına ‘‘Berlin divarı’’ çәkdiyini  deyib.

 Anadolu Agentliyinә müsahibә verәn Ömәr Çelik  Türk nazirlərin Almaniyada qatılacağı tədbirlərin ləğv edilməsinə reaksiya göstərib və yaşanan toplantı  böhranı ilә bağlı : ‘‘Bu şübhәsiz  ağır böhrandır’’ deyib.

Toplantıların qarşısının alınmasından hökumətin məsul olduğunu bildirən Ömәr Çelik: ‘‘Bu sistematik maeәdir. Almaniya Türkiyә ilә arasına ‘‘Berlin divarı’’ çәkir’’ deyib

Ömər Çelik  Türkiyənin Avropa İttifaqına tam hüquqlu üzvlüyü ilә bağlı bildirib ki: ‘‘Vaxtaşırı mәnә  Türkiyə hələ də Avropa İttifaqının üzvü olmaq istəyirmi? sualını verirlәr’’ deyәrәk bunları qeyd edib: ‘‘Türkiyə hələ də Avropa İttifaqının üzvü olmaq istəyirmi  cümlәsindә ‘‘Avropa’’ kәlimәsi çox әhәmiyyәtlidir. Hansı Avropa?  Әgәr dediyiniz Avropa Sarkozinin, Le Penin vә Vildersin dәrk etdiyi Avropa isә  Türkiyә belә bir  Aİ  daxilindә heç vaxt olmaq istәmәz.  Amma siyasi dəyərlər əsasında inteqrasiya olmuş, insan haqları və demokratiya məsələsində ikili standartlardan təmizlənmiş, Avropanın qurucularının  ortaya qoyduğu çərçivədə sülh və sabitlik layihəsi olan Avropa deyirsinizsə Türkiyə onsuz da bunun təbii bir hissәsi  olmaq arzusundadır".



Әlaqәli Xәbәrlәr