“İki ölkə də əlaqələrin normallaşmasını istəyir”

Xarici işlər naziri Mövlud Çavuşoğlu Berlində həmkarı Sigmar Gabriel ilə görüşüb.

687326
“İki ölkə də əlaqələrin normallaşmasını istəyir”

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyədən bəzi nazirlərin mitinqlərinin ləğv edilərək gərginlik yaradan Almaniyada həmkarı Sigmar Gabriel ilə görüşüb. 

Çavuşoğlu paytaxt Berlində baş tutan görüşdən sonra mətbuata açıqlama verərək deyib ki, həmkarım yaxşı düşüncələrini və diləklərini, Almaniyanın gözləntilərini səmimi şəkildə dilə gətirdi. Dostum Gabrieli yay aylarında Türkiyədə qonaq edəcəyik.

M.Çavuşoğlu Gabrieli son bir ildə Almaniyada yaşayan Türk icmasına istiqamətli sistemli təzyiqdən narahatlıq duyulduğunu və Türk icmasının bundan təsirləndiyini, əsasən bunun Almaniyanın inteqrasiya siyasətlərinə də zidd olduğunu söyləyib.

Bəzi terror təşkilatı mənsublarının Almaniyada olmasından duyulan narahatlığı da görüşdə ifadə etdiyini vurğulayan  nazir “bu ilanlar sizi də vurar, çünki bunlar insanlığın düşmənidir” sözlərini dilə gətirib.

Almaniyadakı sistemli Türkiyə əleyhdarlığına son qoyulmasının vacibliyini də qeyd edən Çavuşoğlu bildirib ki, “Dostluğumuz davam edəcəkmi, əlaqələrə sonmu qoyulacaq?” Almaniya seçimini etməli, qərar verməlidir.

Çavuşoğlu onu da əlavə edib ki, Türk siyasi xadimləri Almaniyanın siyasətinə qarışmaq üçün deyil, sadə şəkildə (Almaniyada yaşayan) seçicilərə, hər seçkidə olduğu kimi 16 aprel referendumunda da özümüzü ifadə etmək üçün Almaniyaya getmək istəyirlər. Çünki Almaniyanın demokratik ölkə olduğunu düşünürük.

Bir saat yarım davam edən görüşdən sonra açıqlama verən Almaniyanın xarici işlər naziri Gabriel isə bildirib ki, əlaqələr çətin prosəslə qarşı-qarşıyadır. Ayrılıqlara baxmayaraq Türkiyə ilə dialoqdan başqa alternativimiz yoxdur. Almaniya-Türkiyə əlaqələrinin nailiyyətlərini unutmamalıyıq. Həm Almaniya həm də Türkiyə əlaqələrin normallaşmasını istəyir.



Әlaqәli Xәbәrlәr