Almaniyada son dövrdə Türkiyə əleyhdarlığı qəbul edilməzdir

Xarici işlər naziri Çavuşoğlu Almaniyanın Hamburg şəhərində Türk vətəndaşlar ilə ilə bir araya gəlib.

686885
Almaniyada son dövrdə Türkiyə əleyhdarlığı qəbul edilməzdir
çavuşoğlu almanya1.jpg

Nazir Çüvuşoğlu burada etdiyi çıxışında: xaricdə Türk vətəndaşlar ilə birgə tədbirlər keçirməyimizə icazə verilməməsi bizi yolumuzdan yayındıra bilməz. Bu ölkədə yaşayan vətəndaşlarımız ilə əlaqələrimiz sarsılmazdır. Ancaq, Almaniyanın törətdiyi bu maneələr ikitərəfli əlaqələr ilə örtüşmür.

Almaniyanın planlı Türkiyə əleyhdarlığı addımları və burada yaşayan vətəndaşlarımıza istiqamətli təzyiqi qəbul edilə bilməz. Almaniyada yaşayan Türk vətəndaşları iki ölkə arasındakı əlaqələrin inkişafı baxımından körpü vəzifəsi görməlidir. Türkiyə, Almaniya ilə münasibətlərinin güçlü olması və qorunması uğrunda əlindən gələn səyi edir. Lakin atılan geyri adi addımlara da heç vaxt biganə qalmayacayıq. Türkiyə heç bir dost ölkənin daxili siyasətinə müdaxilə etməz. Baxmayaraq Almaniya Türkiyədə 16 Apreldə baş tutacaq referanduma müdaxilə edir. Konstitusiyaya dəyişiklik edilməsinə dəstək verənlərə maneələr törədir. Müxalif olanlara isə dəstək verir. Bu qəbul edilməzdir. Almaniya bu anti demokratiya siyasətindən imtina etməlidir. Türkiyənin bu mövzu ilə əlaqəli narahatlıqlarını Alman həmkarım Sigmar Gabriel ilə keçirəcəyim görüşdə daha bir dəfə səsləndirəcəyəm.



Әlaqәli Xәbәrlәr