Rәcәb Tayyib Әrdoğan martın 10-da Rusiyaya sәfәr edәcәk

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının  6-cı toplantısında iştirak etmək üçün  martın 10-da Moskvaya sәfәr edәcәk.

686328
Rәcәb Tayyib Әrdoğan martın 10-da Rusiyaya sәfәr edәcәk

Prezident Aparatından  verilәn açıqlamada, Rәcәb Tayyib Әrdoğanla  Rusiya Federasiyasının prezidenti Vladimir Putinin rәhbәrliyindә keçirilәcәk  toplantıda  nazirlәr dә iştirak edәcәk.

Toplantıda Türkiyә vә Rusiya arasındakı ikitәrәfli münasibәtlәrin  bütün aspektlәri, hәmçinin Suriya başda olmaqla iki ölkәni maraqlandıran  regional vә beynәlxalq mәsәlәlәrin  müzakirә olunması gözlәnilir.

Rәcәb Tayyib Әrdoğanın Rusiyaya etdiyi sәfәri çәrçivәsindә iki ölkә arasında  müxtәlif sahәlәrdә  müqavilәlәr dә imzalanacaq.



Әlaqәli Xәbәrlәr