Əlaqələrin normallaşma prosesinə sürət qazandırılır

Türkiyə-İsrail əlaqələrinin normallaşma prosesinə sürət qazandırılır.

686590
Əlaqələrin normallaşma prosesinə sürət qazandırılır

Türkiyə-İsrail əlaqələrinin normallaşma prosesinə sürət qazandırılır.

İsrailli səlahiyyətlilərin 2010-cu ildə Mavi mərmərə gəmisinə hücumdan sonra ilk dəfə Türkiyədən jurnalist heyəti ilə görüşü olub.

Görüşlərin İsrailin enerji naziri Yuval Steinitz və Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybəkcinin iki ölkədə keçirəcəyi müzakirələrlə davam edəcəyi bildirilib.

İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Emmanuel Nahshon ilk addımda xüsusilə iqtisadiyyat sahəsindəki əlaqələrdə ciddi addımların atılacağına ümid etdiklərini söyləyib.

Əlaqələrin normallaşma prosesi çərçivəsində mart ayında İsraildən bir heyətin Ankaraya gəlməsi planlaşdırılır. Görüşlərdə Suriya və Orta Şərqdəki prosesin müzakirə olunacağı bildirilib.

Aprel ayında isə İsrailin enerji naziri Yuval Steinitz Türkiyədə görüşlər keçirəcək.

May ayında isə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkcinin İsrailə səfəri nəzərdə tutulur.

Rəsmilər xüsusilə Suriya mövzusunda iki ölkənin yaxın dünyagörüşünə sahib olduğunu ifadə etdikdə, enerji mövzusunda da iki ölkə arasında ciddi əməkdaşlıq edilməsinə dair ümidin olduğu vurgulanır.

Qeyd edək ki, 2010-cu il mayın 31-də Qəzzaya humanitar yardım daşıyan 6 gəmidən ibarət Mavi Mərmərə heyətinə beynəlxalq sularda İsrailin Müdafiə Qüvvələrinin etdiyi müdaxilədə aralarında Türklərin də olduğu bir qrup fəal həyatını itirmişdi.

İsrail bu hadisədən 3 il sonra Türkiyədən üzr istəmiş, keçən il də, qurbanların ailələrinə təzminat ödəməyi qəbul etmişdi.



Әlaqәli Xәbәrlәr