Almaniyada yaşayan Türklər etiraz edirlər

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın Almaniyada vətəndaşlarla görüşünün ləğv edilməsinə bu ölkədə yaşayan Türk vətəndaşları da reaksiya göstərdi.

684515
Almaniyada yaşayan Türklər etiraz edirlər

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın Almaniyada vətəndaşlarla görüşünün ləğv edilməsinə bu ölkədə yaşayan Türk vətəndaşları da reaksiya göstərdi.
 
 Türk vətəndaşları azadlıqlar və demokratiya baxımından Avropada söz sahibi olan Almaniyanın bu qərarını səhv olduğunu bildirirlər.
 
Söz azadlığını demokratiyanın əvəzolunmaz atributu kimi görən Almaniyada belə bir qərarın siyasi olduğunu qeyd edən Türk vətəndaşları hadisələrin inkişafını narahatlıqla izlədiklərini ifadə edirlər.
 
 Qərarı qınayan Almaniyadakı Türklər bunun demokratik dəyərlərlə uyğun olmadığını deyirlər.
 
 Almaniya və Qərb ictimaiyyəti uzun illər fikir və söz azadlığı uğrunda mübarizə apardığı halda, belə bir mövqenin nümayiş etdirilməsini narahatlıqla izlədiklərini vurğulayan Türklər bu qərarı hüquqi deyil, siyasi aqresivlik olaraq səciyyələndirirlər.



Әlaqәli Xәbәrlәr