“Qərbin bu mövqeyi demokratiya və hüquq dövləti anlayışı ilə üst-üstə düşmür”, B.Bozdağ

Ədliyyə naziri Bəkir Bozdağ terror təşkilatı PKK-nın Avropadakı fəaliyyətlərinin qarşısının alınmamasını tənqid edib.

683410
“Qərbin bu mövqeyi demokratiya və hüquq dövləti anlayışı ilə üst-üstə düşmür”, B.Bozdağ

Ədliyyə naziri Bəkir Bozdağ terror təşkilatı PKK-nın Avropadakı fəaliyyətlərinin qarşısının alınmamasını tənqid edib.

Bozdağ Fransanın Strazburq şəhərində Avropalı Türk Demokratlar Birliyi binasının açılış mərasimində çıxış edərək bildirib ki, Türkiyə heç bir terror təşkilatı arasında fərq qoymur, hansına qarşı olarsa olsun mübarizə üçün əməkdaşlığını davam etdirir.

Nazir 15 iyuldakı çeviriliş cəhdində iştirak edən, Cümburbaşqanlığı İqamətgahını  bombalayan, vətəndaşları şəhid edən, dövlətə zərər verən, dövlət başçısının canına qəsd edənlərin Qərb dünyasında himayət edildiyini və bu kəslərə sığınacaq haqqı vərilməyə cəhd göstərildiyini qeyd edərək, bu mövqeyin demokratiya və hüquq dövləti anlayışı ilə üst-üstə düşmədiyini vurğulayıb.

Terror təşkilatı PKK-nın da Avropada himayət edildiyini dilə gətirən nazir Bozdağ deyib ki, PKK-nın terror təşkilatı olduğunu Avropa Şurası və Avropa ölkələrinin hamısı qəbul edir. Amma buna baxmayaraq hər gün qadın, uşaq fərqi qoymadan günahsız insanları öldürən PKK-nın Brüsseldəki Avropa Şurasında sərgi açmasına icazə vərilir.

Bozdağ “DEAŞ yaxud da başqa terror təşkilatı Avropada sərgi aça bilərmi? Təbliğat apara bilərmi? Bunu edə bilməz.” deyərək terror təşkilatları arasında ayrı-seçkilik edən qərbli ölkələrə reaksiya göstərib.



Әlaqәli Xәbәrlәr