Bekir Bozdağ Strasburqda rəsmi görüşlər keçirib

Ədliyyə naziri Bekir Bozdağ Fransanın  Strasburq şəhərinə etdiyi səfəri çərçivəsində  rəsmi görüşlər keçirib.

682772
Bekir Bozdağ Strasburqda rəsmi görüşlər keçirib

Bekir Bozdağ   səfəri çərçivəsində  Avropa  Şurasının baş katibi Thobjon Jangland  və Avropa İnsan Haqları Məhkəməsinin sədri Guido Raimondi ilə görüşüb.

Məlumata görə, Bekir Bozdağ  ilə  Guido Raimondi arasında baş tutan görüş mətbuat üçün qapalı keçirilib və təxminən  bir saat davam edib.

Ədliyyə naziri Bəkir Bozdağ  daha sonra Avropa Şurası Nümayəndələr Komitəsinə müraciət edib və sualları cavablandırıb.

Qeyd edək ki, Bekir Bozdağ  rəsmi görüşlərini başa vurduqdan sonra Fransa və Almaniyadakı  Türk təşkilatlarının nümayəndələri ilə  bir araya gələcək.



Әlaqәli Xәbәrlәr