Rəcəb Tayyib Ərdoğan Hәsәn Ruhani ilә görüşüb

Türkiyənin  dövlәt başçısı Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabadda keçirilən  13-cü sammitində iştirak etmək üçün Pakistana sәfәr edib.

682705
Rəcəb Tayyib Ərdoğan  Hәsәn Ruhani ilә görüşüb
CUMHURBAŞKANI PAKİSTAN 4.jpg

Dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan sammit çәrçivәsindә İran prezidenti Hәsәn Ruhani ilә görüşüb.

Görüşdə Suriyadakı proseslәr vә  terror təşkilatı DEAŞ ilə mübarizə mәsәlәlәri müzakirә olunub.

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabadda keçirilən  13-cü sammitində çıxış edәn Rәcәb Tayyib Әrdoğan  qlobal terrorla  mübarizә mәsәlәsinә toxunaraq: ‘‘ İlkin vәzifәmiz Suriya, İraq vә Yәmәndә axan qanı dayandırmaqdır’’ deyib.

Dövlәt başçısı  Ərdoğan çıxışında Türkiyənin enerji məsələsinə verdiyi əhəmiyyəti vurğulayib, üzv ölkələri  siyasi həmrəyliyə dəvət edib.

Rәcәb Tayyib Ərdoğan  Türkiyənin  böyük layihələr həyata keçirdiyini qeyd edərək, bu layihələrin region ölkələrinə də fayda verəcəyini ifadə edib
Dövlәt başçısı Rәcәb Tayyib Ərdoğan  Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalının və bu problemə göz yumulmasının qəbulolunmaz olduğunu söyləyib.

Rәcәb Tayyib Әrdoğan   Təşkilatın üzvü olan ölkələri ədalətsiz şəkildə təcrid olunmuş  ŞKTR  ilə həmrəyliyi gücləndirməyə çağırıb.

Dövlәt başçısı sammit zamanı hәmçinin Tacikistan prezidenti Rəhmanla da görüşüb.

Görüş mәtbuat üçün qapalı keçirilib vә 45 dәqiqә davam edib.

Qeyd edәk ki, dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Pakistan prezidenti Mәmnun Hüseyinin liderlәrin  şәrәfinә verdiyi ziyafәtә qatılmışdı.

Mәtbuat üçün qapalı keçәn şam yemәyi  1 saat 30 dәqiqә davam edib.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan daha sonra Azərbaycan prezidenti İlham Əliyev ilә  görüşüb.

Mətbuata qapalı keçirilən görüş 50 dəqiqə davam edib.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan  Pakistanın baş naziri  Navaz Şərifi  də qəbul etmişdi.

 



Әlaqәli Xәbәrlәr