TUSAŞ "Sikorsky Aircraft Company" firması ilə müqavilə imzaladı

Türkiyənin Aviasiya və Kosmos Sənayesi AŞ (TUSAŞ) ilə dünyanın qabaqcıl helikopter istehsalçısı "Sikorsky Aircraft Company" firması arasında əməkdaşlıq  müqaviləsi imzalandı.

681805

 TUSAŞ-ın verdiyi məlumata görə, müxtəlif helikopter tiplərinə aid ehtiyat hissələrinin istehsalını nəzərdə tutan müqavilənin imzalanması mərasimində TUSAŞ-ın baş direktoru Təməl Kotil və "Sikorsky Aircraft Company"nin rəhbəri Dan Schultz iştirak ediblər.
 
 Əməkdaşlıq çərçivəsində layihənin ilk 10 illik mərhələsində 270 milyon dollar məbləğində ehtiyat hisslərinin təslimi həyata keçiriləcək.
 
 Müqaviləyə əsasən TUSAŞ və Sikorsky arasındakı əməkdaşlıq 2044-ci ilə qədər davam edəcək və layihənin həcmi ən az 500 milyon dollara çatdırılacaq.

Әlaqәli Xәbәrlәr