Prezident R.T.Ərdoğan Pakistana gedir

Prezidenti Rəcəb Tayyib Ərdoğan, İslamabadda keçiriləcək sayca 13-cü İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) sammitində iştirak etmək üçün bu gün Pakistana yola düşəcək.

681514
Prezident R.T.Ərdoğan Pakistana gedir

Prezidentin Mətbuat xidmətindən verilən məlumata görə Ərdoğan, İƏT sammitində çıxış edəcək. Zirvə toplantısına qatılacaq liderlərlə ikilikdə görüşlər ketçirəcək.

Danışıqlar zamanı ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi ediləcək.

Zirvə toplantısında, Avrasiya coğrafiyasının əhəmiyyətli iqtisadi əməkdaşlıq mexanizmlərindən hesab edilən İƏT-in gələcək 10 ilə istiqamətli perspektivini ortaya qoyacaq qərarlar qəbul ediləcəyi proqnozlaşdırılır.



Әlaqәli Xәbәrlәr