Nəcməddin Ərbakan vəfatının 6-cı ildönümündə yad edildi

Türkiyənin mərhum baş naziri Nəcməddin Ərbakan vəfatının 6-cı ildönümündə Ankarada təşkil olunan mərasimlə yad edildi.

680212
Nəcməddin Ərbakan vəfatının 6-cı ildönümündə yad edildi

Türkiyənin mərhum baş naziri Nəcməddin Ərbakan vəfatının 6-cı ildönümündə Ankarada təşkil olunan mərasimlə yad edildi.
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məktub göndərdiyi yadetmə tədbirinə Türkiyə Böyük Millət Məclisinin sabiq sədri və Karabük millət vəkili Məmməd Əli Şahin, Cümhuriyyət Xalq Partiyasının sədri (CHP) Kamal Kılıçdaroğlu və Böyük Birlik Partiyasının sədri Mustafa Destici qatıldılar.
 
 Qurani Kərimin oxunması ilə başlayan mərasimdə prezident Rəcəb Tayyib Ərdoğanın, TBMM sədri İsmayıl Kahramanın və baş nazir Binəli Yıldırımın göndərdikləri məktublar oxundu.
 
 Prezident Ərdoğan məktubunda Nəcməddin Ərbakan barəsində: "Qurduğu beş partiyadan dördü anti-demokratik yollarla bağlanmasına baxmayaraq, hər zaman siyasətin imkanlarını qorumuş, zorakılığa qarşı olmuşdur" deyir.

 Tribunaya ilk olaraq Səadət Partiyasının sədri Təməl Karamollaoğlu çıxdı.
 
 Karamollaoğlu:"Biz bu ölkədə yaşayan hər bir insanla, ölkənin mənfəəti naminə qucaqlaşa bilməliyik. Bu səbəblə 1970-ci illərdə CHP ilə koalisiya qurmaqdan çəkinmədik" dedi.
 
 İlk dəfə Ərbakanı yadetmə mərasiminə qatılan CHP sədri Kılıçdaroğlu Səadət Partiyasına dəvət üçün təşəkkür etdi.
 
 Kılıçdaroğlu çıxışında cəmiyyətin birliyinin təmin olunmasında dialoqun əhəmiyyətinə toxundu və münaqişənin deyil, birliyin tərəfdarı olmanın ictimai birlik üçün çox vacib olduğunu vurğuladı.



Әlaqәli Xәbәrlәr