TBMM Türkiyə Kosmos Agentliyi Yaradılması Haqqında Qanun Layihəsini təsdiq etdi

Türkiyə Kosmos Agentliyi Yaradılması ve Kosmosa Aid Fəaliyyətlərin Tənzimlənməsi Haqqında Qanun Layihəsi Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiq olundu.

679811
TBMM Türkiyə Kosmos Agentliyi Yaradılması Haqqında Qanun Layihəsini təsdiq etdi

Türkiyə Kosmos Agentliyi Yaradılması ve Kosmosa Aid Fəaliyyətlərin Tənzimlənməsi Haqqında Qanun Layihəsi Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiq olundu.
 
 Layihəyə görə, qanunun məqsədlərini Türkiyənin kosmos və aviasiya texnologiyaları sahəsində əsas siyasət və strategiyalarının müəyyən edilməsi, tətbiqi, xarici ölkələrlə rəqabətə davamlı sənayenin inkişaf etdirilməsi, cəmiyyətin rifahı və milli mənfəətlər istiqamətində kosmos texnologiyalarının istifadəsinin genişləndirilməsi, kosmos və aviasiya texnologiyaları sahəsində elmi və texnoloji infrastrukturların və insan resurslarının inkişaf etdirilməsi, qabiliyyət və bacarıqların artırılması təşkil edir.
 
 Layihəyə görə,  Kosmos və Aviasiya sahəsindəki fəaliyyətlərlə əlaqədar  Nazirlər Kabineti yanında Türkiyə Kosmos Agentliyi yaradılacaq.
 
 Kosmos və aviasiya texnologiyalarının inkişaf etdirilməsində özəl sektor ilə əməkdaşlıq ediləcək.
 
 Kosmos və aviasiya sahəsində fəaliyyət göstərən şirkətlər yaradılacaq, bu şirkətlərin xidməti satın alınacaq.
 
 Bu sahədə yerli və xarici mütəxəssislər işləyəcək.
 
 Elmi və texnoloji məsələlərə aid qərar qəbul etmək üçün Kosmos Şurası yaradılacaq.
 
 Kosmos texnologiyaları ixtisas sahələrinin tədqiqat mərkəzləri və laboratoriyaları yaradılacaq.



Әlaqәli Xәbәrlәr