İbrahim Kalın:"İran Türkiyəni tənqid etmək əvəzinə təqdir etməlidir"

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Prezident Sarayında mətbuat konfransı keçirərək gündəmi dəyərləndirdi.

678608
İbrahim Kalın:"İran Türkiyəni tənqid etmək əvəzinə təqdir etməlidir"

  Türkiyənin prezident sözçüsü İbrahim Kalın İranın Türkiyəni tənqid etmək əvəzinə təqdir etməsi lazım olduğunu söylədi.
 
  Prezident Sarayında mətbuat konfransı keçirən Kalın gündəmi dəyərləndirdi.
 
 Kalın İranın ölkəsinin əhəmiyyətli bir qonşusu olduğunu bildirdi və Türkiyənin bu ölkə ilə həm ikitərəfli münasibətlər, həm regional problemlərlə bağlı davamlı dialoqda olduğunu qeyd etdi.
 
 İbrahim Kalın: "Lakin İranın nüfuz əldə etmə səylərini də görürük. "Oraya (Suriya) rejimin dəvəti ilə getdik" arqumentinin bizim üçün heç bir mötəbərliliyi yoxdur. Hansı rejimlə iş görərək İran bunu iddia edir? İran bunun hesabatını verməlidir. 600 min insanın qətlə yetirilməsinə görə məsuliyyət daşıyan bir hökumətlə iş görmək  nə dərəcədə qanunidir? Bizi tənqid etmək əvəzinə təbrik etməıidirlər" deyə danışdı.

 Kalın Türkiyənin terror təşkilatı DEAŞ-la qətiyyətlə mübarizə apardığını vurğuladı və:"Bunu təqdir etmək əvəzinə, bəzənTürkiyəyə qarşı  iradlar gəlir. Dövlətin adından danışan zaman dəlillərlə və ciddi şəkildə danışacaqsınız. Biz öz milli təhlükəsizliyimiz, region və Suriya xalqının gələcəyi uğrunda çox ciddi mübarizə aparırıq" dedi.
 
 Prezident sözçüsü Obama rəhbərliyinin Türkiyə-ABŞ əlaqələrində terror təşkilatları PYD və FETÖ kimi iki problemi qoyub getdiyini, bunları həll etmək üçün yeni rəhbərliklə danışıqların davam etdiyini, iki ölkə liderinin may ayında keçiriləcək NATO sammiti çərçivəsində görüşünün planlaşdırıldığını bildirdi.
 
 Kalın prezident Rəcəb Tayyib Ərdoğanın gələn ay Rusiyanın paytaxtı Moskvaya səfər edəcəyini və səfər proqramına Suriya, terrorla mübarizə, sanksiyaların qaldırılması kimi məsələlərin müzakirəsinin daxil olduğunu qeyd etdi və:"Prezidentin Rusiya Federasiyasına səfəri Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (ÜDİK) toplantısı ilə əlaqədardır" dedi.
 
 Türkiyə prezidentinin sözçüsü Almaniyada əsası olmayan ittihamlarla Diyanət İşləri Türk İslam Birliyinin (DİTİB) üzvlərinin təqib olunmağa başlamasının arxasında başqa niyyətlərin olduğunu bildirdi və: "DİTİP oradakı müsəlman Türklərin yalnız ehtiyaclarını qarşılamaqla kifayətlənmir, eyni zamanda, radikallaşmağa qarşı fəaliyyətdə çox mühüm rol oynayır. Bu Türkiyə Diyanət İşləri İdarəsinin əhəmiyyətli bir nailiyyətidir. Təqdirəlayiq olan bir şeyin belə bir təqibi qəbul edilə bilməz. DİTİP nümayəndələri deyil, terror təşkilatları təqib olmalıdır" dedi.
 
 

 



Әlaqәli Xәbәrlәr