Bəkir Bozdağ "Twitter" hesabında prezidentlik sistemindən bəhs etdi

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ prezidentlik sstemində prezidentin şəxsən imzaladığı sərəncam və qərarlar barədə məhkəmə işinin açıla biləcəyinə dair məlumat verdi.

677323
Bəkir Bozdağ "Twitter" hesabında prezidentlik sistemindən bəhs etdi

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ prezidentlik sistemində prezidentin şəxsən imzaladığı sərəncam və qərarlar barədə məhkəmə işinin açıla biləcəyinə dair məlumat verdi.
 
 Bozdağ, eyni zamanda, məhkəmə müstəqilliyi ilə yanaşı, məhkəmə obyektivliyinin da təmin olunacağını vurğuladı.

"Twitter" hesabında prezidentlik sistemindən bəhs edən Bozdağ bu sistemdə prezidentə qarşı vətənə xəyanət maddəsi ilə məhkəmə iddiası qaldırıla bilindiyinə və prezidentin buna görə hüquqi məsuliyyət daşıdığına diqqət çəkdi.
 
 Bozdağ Məclisin araşdırma və təhqiqat ilə prezidentin fəaliyyətinə nəzarət edəcəyini qeyd etdi, prezidentlik sistemində prezident seçkiləri, parlament seçkiləri və yerli hakimiyyətlərə seçkilər vasitəsilə xalq nəzarəti mexanizminin işləyəcəyini bildirdi.
 
Ədliyyə naziri  yeni sistemdə iki ayrı məhkəmənin, iki ayrı üsulun və iki ayrı hüququn tətbiqinə son qoyulacağını, vahid  məhkəmə sisteminin təmin ediləcəyini, hərbi və mülki məhkəmələrin bir dam altında toplanacağını vurğuladı.
 
 Hakimlər və Prokurorlar Ali Şurasının üzvlərinin (HSYK) də xalqın seçdiyi prezident və xalqın seçdiyi Məclis tərəfindən təyin olunacaqlarını bildirən ədliyyə naziri: "Bütün bunlar məhkəmənin müstəqilliyini və obyektivliyini təmin edəcək, hüquqi dövləti gücləndirəcək" dedi.
 



Әlaqәli Xәbәrlәr