“Türkiyədə olduğunuz müddətdə…” Ə.Ərdoğan

Türkiyədə 2 milyon 800 min suriyalı qaçqının təxminən 1 milyon 300 mini qadınlardan ibarətdir.

676497
“Türkiyədə olduğunuz müddətdə…” Ə.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan suriyalı qadınlardan Türkiyə ictimai həyatı və istehsalına da qatqı təmin etmələrini istədi.

  Əminə Ərdoğan Ankara Cümhurbaşkanlığı İqamətgahında Suriyada vətəndaş müharibəsi üzündən ölkələrini tərk etmək məcburiyyətində qalmış qadınları qəbul edib. Onlara tezliklə vətənə dönməyi arzulayan Türkiyənin birinci xanımı o günlərin gələcəyinə inandığını söyləyib.

  Əminə Ərdoğan müxtəlif sənət-peşə sahibləri olan suriyalı qadınlarla söhbətində Türkiyənin qaçqınlara yardımı və həssaslığılndan danışıb və bu sözləri deyib:   

  "2 milyon 800 min suriyalı qonağımızın təxminən 1 milyon 300 mini qadınlardan ibarətdir. Amma siz ümidinizi itirməyin. Həyatdan yapışın. Türkiyədə olduğunuz müddətdə sizdən bizim də ölkəmizə pay verməyinizi gözləyirik. İctimai dünyamızda, istehsal həyatında aktiv iştirak edin.”



Әlaqәli Xәbәrlәr