Qar Uzungölü də ağ örpəyə bürüyüb

Uzungöl Türkiyənin Qara dəniz bölgəsində yerləşən Trazbon vilayətinin Çaykara qəsəbəsində yerləşən ölkənin ən önəmli turizm mərkəzləri arasındadır.

677017
Qar Uzungölü də ağ örpəyə bürüyüb
uzungol-2.jpg
uzungöl buz tuttu3.jpg
uzungöl.jpg
uzungöl buz tuttu.jpg
uzungöl buz tuttu4.jpg
uzungöl 2.jpg

Uzungöl Türkiyənin Qara dəniz bölgəsində yerləşən Trazbon vilayətinin Çaykara qəsəbəsində yerləşən ölkənin ən önəmli turizm mərkəzləri arasındadır.

Uzungöl bölgədə hakim olan qış şəriatinin bütün gözəlliklərini əks etdirir. Qar Uzungölü də ağ örpəyə bürüyüb.

Uzungöl möhtəşəm təbiəti və  gözəl havası ilə qonaqlarına fərqli atmosfer təqdim edir. Bölgə ilin hər mövsümü sadəcə yerli əhalinin deyil xarici turistlərin də marağını cəlb edir.

Qış mövsümünə məxsus mənzərəsi və bunun yaratdığı sakitlik ilə təhna yaşamaq istəyənlərə fərqli seçim təqdim edən turizm cənnəti Uzungöldə ruhunuzu rahatlaşdırmaq mümkündür. Uzungöldə müxtəlif restaronlar və hədiyyəlik əşya satan dükanlar da insanların xidmətindədir.

Anadolu xəbər agentliyinə açıqlama verən Batmandan gəlmiş yerli turist Uzungöldə fərqli duyğular yaşadığını söyləyib. Hüseyn Bardak adlı vətəndaş deyir ki, Qara dəniz bölgəmizin hər tərəfi  ayrı gözəldir. Hər tərəfdə ayrı bir gözəllik insanın qarşısına çıxır. Uzungöl və mənzərəsi isə ayrı gözəllik sərgiləyir.

“Uzungölü hər kəsin görməsini arzu edirəm”

Muğla şəhərindən Trabzona Uzungölü görməyə gələn başqa yerli turist isə bunları deyir: “Bölgənin yayı başqa, qışı başqa gözəldir. Hər bir guşəsi ayrı gözəlliklərə sahibdir. Uzungöl isə bölgənin həqiqətdən cənnət guşələrindən biridir. Bu gözəllikləri hər kəs gəlib görsün. Dünyanın 8-ci möcizəsi kimi bir yer görmək istəyən olsa gəlib buranı görsün.”


Etiketlәr: #Uzungöl , #Qara dəniz , #qar

Әlaqәli Xәbәrlәr