“Amerikalı rəsmilərin Türkiyəyə ardıcıl səfərləri xeyrə əlamətdir”

Amerika Birləşmiş Ştatlarından son dövrdə Türkiyəyə reallaşdırılan rəsmi səfərlər xiyrə əlamət olan müsbət addımlardır. Bunu Baş nazir müavini Numan Kurtulmuş deyib

676605
“Amerikalı rəsmilərin Türkiyəyə ardıcıl səfərləri xeyrə əlamətdir”

 

Amerika Birləşmiş Ştatlarından son dövrdə Türkiyəyə reallaşdırılan rəsmi səfərlər xiyrə əlamət olan müsbət addımlardır. Bunu Baş nazir müavini Numan Kurtulmuş kabinet yığıncağından sonra təşkil etdiyi mətbuat konfransında deyib.

Yüksək seviyyəli Amerikalı rəsmilərin Türkiyəyə reallaşdırdıqları ziyarətlərin həm iki ölkə arasındakı əlaqələrin daha irəli pillələrə qalxması həm də ABŞ_nın milli mənfəətləri baxımından doğru istiqamətdə atılmış addımlar olduğunu ifadə edən Numan Kurtulmuş, Suriyanın Rəqqa şəhərindəki terror təşkilatı DEAŞ-a istiqamətli həyata keçirilməsi planlanan əməliyyatda, Türkiyənin hansı şərtlərdə iştirak edəcəyi mövzusuna  toxunub. Kurtulmuş, təhlükəsizliklə əlaqədar ən yaxşı ssenaridən ən pis ssenariyə qədər  nəzərdən keçirilərkən şərtlərin bir neçə saat sonra belə dəyişə biləcəyini vurğulayıb.

Türkiyənin, əməliyyatla əlaqədar olmasa olmazları olduğunu və bunu səsləndirdiyini ifadə edən Numan Kurtulmuş, DEAŞ-a istiqamətli şəhər əməliyyatları çərçivəsində şəhər sakinlərinin geri qayıtmalarına zəmin yaradılmasının vacib olduğunu qeyd edib.

Kurtulmuş bildirib ki, bir terror təşkilatının başqa bir terror təşkilatı ilə yer dəyişdirməsi, onun yardımı ilə başqa bir təşkilata qarşı əməliyyat həyata keçirmək, Suriyanın gələcəyi, Türkiyənin milli mənfəətləri və beynəlxalq ictimaiyyətin Suriyadakı hədəfləri baxımından doğru deyil. Türkiyə həm DEAŞ-a qarşı mübarizə edir həm də PYD, YPG qruplaşmalarının PKK ilə əməkdaşlıq çərçivəsində  hazırladığı  xain planlarını yaxından izləyir. Buna görə PYD də ən az DEAŞ qədər zərərlidir. Bizim, bu əli qanlı terror təşkilatlardan birini seçim etməyimiz geyri mümkündür. Bütün dostlarımız, müttefiklerimiz bunun idrakındadır”.

ABŞ_dan son dövrdə ölkəmizə rəallaşdırılan rəsmi ziyarətlər çərçivəsində baş tutan danışıqlarda, Fətullahçi Terror Təşkilatının (fəto) quldurbaşçısı Fətullah Gülən ilə bu təşkilatla əlaqəli cinayətkarların erkstradisiya edilmələri mövzusunun gündəmə salındığını ifadə edən Kurtulmuş: Almaniyadakı Türk din xadimlərinin  casus  olmadıqlarını, Avropanın xaricilərlə sülh çərçivəsində yaşamağının, Almanların irqçi siyasətin təsirindən xilas olmalarının  vacib  olduğunu  sözlərinə   əlavə  edib.



Әlaqәli Xәbәrlәr