“Bir terror təşkilatının digər terror təşkilatı ilə məhv edilməsi qəbul edilməzdir”, B.Yıldırım

Baş nazir Binəli Yıldırım Suriyada terror təşkilatı DEAŞ ilə mübarizədə Türkiyənin qırmızı xəttini ABŞ-ın yeni rəhbərliyinə izah etdi.

675691
“Bir terror təşkilatının digər terror təşkilatı ilə məhv edilməsi qəbul edilməzdir”, B.Yıldırım

Baş nazir Binəli Yıldırım Suriyada terror təşkilatı DEAŞ ilə mübarizədə Türkiyənin qırmızı xəttini ABŞ-ın yeni rəhbərliyinə izah etdi.

Baş nazir Yıldırım bir terror təşkilatının digər terror təşkilatı ilə məhv edilməsinin qəbul edilməz olduğunu söylədi.

Baş nazir Binəli Yıldırım Almaniyanın Münhen şəhərində keçirilən  Mühnen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşləri barədə jurnalistlərə açıqlama verib.

Baş nazir görüşlərin gündəmində Suriyadakı proses və əməliyyatların olduğunu vurğulayaraq deyib ki, bir terror təşkilatının digər terror təşkilatı ilə məhv edilməsi qəbul edilməzdir. Terror təşkilatı DEAŞ ilə mübarizədə Əl-Babdan sonrası üçün Türkiyənin dəstək verəcəyini, ancaq əməliyyatlarda terror təşkilatlarının yer almaması şərti ilə bunun mümkün ola biləcəyi söyləndi.

Türkiyənin “Fərat Qalxanı” əməliyyatı çərçivəsində Əl-Babda tətbiq etdiyi DEAŞ ilə mübarizədə metodu nədirsə Rakkada da eynisinin olacağını dilə gətirən baş nazir bildirib ki, bölgədə Azad Suriya Ordusunun (ASO) dəstəyi ehtimal ki, davam edəcəkdir. Bu ABŞ-ın yeni rəhbərliyinə çatdırıldı.

ABŞ rəhbərliyi ilə yeni səhifə açıldığını ifadə edən Binəli Yıldırım deyib ki, ABŞ vitse-prezidenti Mayk Pens ilə keçirilən görüşdə Rakka əməliyyatında terror təşkilatı PKK-nın Suriyadakı davamı olan YPG-nin yer almayacağına dair təəssürat yarandı.

Münbiç məsələsinə də toxunan baş nazir Türkiyənin Münbiç ilə əlaqəli niyyətinin dəqiq olduğunu vurğulayaraq, Münbiçdəki PYD ünsürlərinin təmizlənməsi üçün ABŞ-ın vədlərini yerinə yetirməsini gözlədiklərini söyləyib.

PYD-nin də terror təşkilatı olduğunu bir daha vurğulayan baş nazir Fəratın qərbindəki PYD-nin fəaliyyətlərini də dəyərləndirib: “Terror təhdidinin hardan gəldiyinə baxmadan bizim bunun qarşısında tədbir görməyimiz və bərtərəf etməyimiz vacibdir. Bunu etməyə haqqımız var. Biz müttəfiqlərimizə gəlin PYD ilə yox Türkiyə ilə əməkdaşlıq edən deyirik."-deyə başy nazir bildirib. 

Binəli Yıldırım Suriyada bütün etnik qruplar kimi kürdlərin də söz sahibi ola biləcəyini bildirib və “kürdlərlə PYD-ni qarışdırmamaq lazımdır” deyə də sözlərinə əlavə edib.

Baş nazir Suriyada məqsədin nüfuzun üstünlüyü deyil, dincliyin təmin edilməsi olduğunu bir daha vurğulayıb. O, İranın mövqeyinə də toxunaraq deyib ki, Suriyada ayrı-ayrı məzhəblərin ön plana çıxarılması qəbul edilməzdir. İranın bu məsələdə müsbət töhfəsini gözləyirik.

Fətullahçı terror təşkilatı (FETÖ) ilə mübarizədə də mövcud vəziyyəti dəyərləndirən baş nazir Binəli Yıldırım bildirib ki,  ABŞ-ın vitse-prezidenti Pensin “Məsələ hüquq çərçivəsində olan şeydir, amma müqavilələrə uyğun olaraq ciddi şəkildə baxılacaqdır” deməsi də bizim üçün yeni addımdır.



Әlaqәli Xәbәrlәr