Antalyada alternativ turizm: turistik sualtı gəmi

Antalyada aprelin 1-dən etibarən xidmət göstərməyə başlayacaq 46 sərnişinlik həcmi olan turistik sualtı gəmi suya buraxıldı.

675825
Antalyada alternativ turizm: turistik sualtı gəmi

 Antalyada aprelin 1-dən etibarən xidmət göstərməyə başlayacaq 46 sərnişinlik həcmi olan turistik sualtı gəmi suya buraxıldı.
 

 Turistik sualtı səyahətlər üçün modernləşdirilən gəmi Siçan Adası yaxınlığında 20 metr dərinliyində suya enib.

  Sualtı gəminin aid olduğu şirkətin baş direktoru Yunus Əmrə Yavuzigid  gəminin 110 metr dərinliyə enəbilmə qabiliyyətinə malik olduğunu bildirərək: "Turistik sualtı gəmilər dünyanın yalnız 7 ölkəsində mövcuddurd. Gəmimiz 1 il ərzində  modernləşdirildi və yenidənqurma işləri 4.5-5 milyon avroya başa gəldi. İkinci sualtı gəmini 2018-ci ildə Egey dənizinə endirməyi düşünürük. Mövsüm ərzində 70 min yerli və xarici turisti suyun altı ilə tanış etmək istəyirik" dedi.
 
 Antalya Valisi Münir Karaloğlu :" Alternativ  turizmi inkişaf etdirmək istəyən dostlarımıza yardımçı olmağa çalışırıq. İstər Rusiyadan, istərsə də Ukraynadan gələn turist sayı məqbul səviyyədədir. 2017-ci ilin həm daxili, həm də xarici turizmdə 2016-cı ilə görə daha yaxşı keçəcəyinə ümid edirik" dedi.
 
 18 Metr uzunluğunda, 4 metr enində və 106 ton ağırlığında olan sualtı gəmi elektriklə işləyir.
 
 İki ekipajı olan  gəmi suyun altında 10 saat qala bilir.
 



Әlaqәli Xәbәrlәr