Uşaq məsumiyyətini qətlə yetirən terror təşkilatları məhv olacaqlar

Bunu Türkiyənin baş naziri Binəli Yıldırım Şanlıurfada törədilən terror aktını lənətləyərkən söylədi.

675058
Uşaq məsumiyyətini qətlə yetirən terror təşkilatları məhv olacaqlar

Türkiyənin preidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa vilayətinin Viranşehir qəsəbəsində prokuror yataqxanalarına qarşı dünən axşam törədilən terror hücumu ilə əlaqədar olaraq vali Güngör Azim Tunadan məlumat aldı.
 
 Ərdoğan bombalı avtomobillə həyata keçirilən hücumda həyatını itirənlərə Allahdan rəhmət , 15 yaralaya təcili şəfa dilədi.
 
 Baş nazir Binəli Yıldırım da ölənlər üçün başsağlığı verərək: "Şanlıurfada  günahsız bir övladımızın vəhşicəsinə ölümünə və 15 vətəndaşımızın yaralanmasına səbəb olan qatil terror təşkilatını lənətləyirəm. Uşaq məsumiyyətini qətlə yetirən və həyata qəsd edən terror təşkilatları məhv olacaqlar" dedi.
 
 Daxili işlər naziri Süleyman Soylu terror aktı ilə əlaqədar məlumat verdi: "Viranşehirdə ədliyyə binaları qarşısında partlayış olub. 15-ə yaxın yüngül yaralı var. Bir uşağımız şəhid oldu. Allah rəhmət eləsin. Təxminən 5 aydır təqib etdiyimiz bir xain var və o, ölkəmizdə son 4-5 aydır ki, həyata keçirilən bir çox hadisənin günahkarıdır. Qəhrəman təhlükəsizlik qüvvələrimiz lazım olan cavabı verdi və terroristi zərərsizləşdirdilər. Verdiyimiz sözün arxasındayıq. PKK adını bu ölkədən və bu torpaqlardan siləcəyik" 

Bu arada, Şanlıurfa valisi Güngör Azim Tuna hücumun separatçı terror təşkilatı PKK tərəfindən həyata keçirildiyinin müəyyən olunduğunu və istintaq çərçivəsində 26 şübhəlinin həbs olunduğunu bildirib.



Әlaqәli Xәbәrlәr