Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrinə səfərindən qayıdarkən təyyarədə jurnalistlərə Trumpla telefon danışığının detalları barədə məlumat verdi.

675140
Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump arasında telefon danışığı olub.
 
 Ərdoğan Körfəz ölkələrinə səfərindən qayıdarkən təyyarədə jurnalistlərə Trumpla telefon danışığının detalları barədə məlumat verdi.

Prezident Fətullahçı Terror Təşkilatı/ Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) başçisinin Türkiyəyə verilməsini istədiyini, Trumpın da məsələ ilə yaxından maraqlanacağı barədə söz verdiyini bildirdi.
 
 Rəcəb Tayyib Ərdoğan Suriyanın təhlükəsizliyinin Azad Suriya Ordusu tərəfindən təmin olunmasının vacibliyini vurğulayaraq, Trumpa YPG və PYD ilə bağlı da xəbərdarlıq etdiyini söylədiyini qeyd etdi.
 
 Türkiyə prezidenti  jurnalistlərin İsrailin müsəlmanlara qarşı yürütdüyü siyasəti ilə əlaqədar suallarına: "Tam normallaşma prosesində olduğumuzu düşündüyümüz anda Məscidül Əqsa ilə bağlı xoşagəlməz addım atırlar, sonra da azana qadağa qoymağa cəhd edirlər. Ölkəmizdəki yəhudilərə qarşı belə qadağaları ağlımıza belə gətirmirik" dedi.



Әlaqәli Xәbәrlәr