Hulusi Akar və Joseph Dunford  İncirlik hərbi bazasında görüşdülər

Görüşdə terror təşkilatları PKK və DEAŞ ilə mübarizə başda olmaqla, Suriya və İraqdakı son hadisələr müzakirə olundu.

675020
Hulusi Akar və Joseph Dunford  İncirlik hərbi bazasında görüşdülər

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akar və Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Joseph Dunford  İncirlik hərbi bazasında görüşdülər.
 
Görüşdə terror təşkilatları PKK və DEAŞ ilə mübarizə başda olmaqla, Suriya və İraqdakı son hadisələr müzakirə olundu.
 
 Regionda təhlükəsizliyin təmin olunması, terror təşkilatları ilə mübarizə məsələlərində fikir birliyi əldə edildi.
 
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, Baş Qərargah rəisi ordu genenralı Akar həmkarına Əl Bab əməliyyatına dair məlumat verib.
 
Məlumatda:"General Akar Əl Babda böyük miqyasda nəzarətin təmin olunduğunu bildirdi" deyilir.
 
 Hulusi Akar görüşdə Suriya və İraqın ərazi bütövlüyünün qorunması və terrorizmlə mübarizə çərçivəsində DEAŞ başda olmaqla, hər növ terror təşkilatı ilə fəal mübarizənin vacibliyini qeyd edib.
 
 Koalisiya qüvvələrinin bu çərçivədəki dəstəyinin artaraq davam etməsinin əhəmiyyəti də görüşdə vurğulanan məsələlər arasında olduğu bildirilir.



Әlaqәli Xәbәrlәr