"Bundan sonra iki məsələmiz var: biri Münbiç, digəri Rakka", F.İşık

Amerika Birləşmiş Ştatları Baş Qərargah rəisi Jozef Danford (Cozef Dunford) Türkiyədədir.

674585
"Bundan sonra iki məsələmiz var: biri Münbiç, digəri Rakka", F.İşık

  Jozef Danford türkiyəli həmkarı, general Hulusi Akarla Adana İncirlik Bazasında bir araya gələcək.

  İki ölkə ordu başçısı görüşdən sonra açıqlama verəcəklər.

  Türkiyə Milli Müdafiə naziri Fikri İşık bildirib ki, onlar Türkiyə və Amerika tərəflərinin Suriyada Rakka hərbi əməliyyatlarında birlikdə iştirak edib-etməməklə bağlı və terror təşkilatı PKK, onun Suriya davamı PYD/YPG ilə mübarizədən danışacaqlar.”

  Əl Bab əməliyyatına da toxunan Fikri İşık deyib: "Bundan sonra iki məsələmiz var: biri Münbiç, digəri Rakka".

  Qeyd edək ki, Amerika Mərkəzi Xəbər Təşkilatı CIA başçısı Mayk (Mike) Pompeo da ilk xarici səfərini keçən həftə Türkiyəyə etmişdi. Səfər zamanı PYD/YPG və Fətullahçı Terror Təşkilatı (FETÖ) başda olmaqla bir çox mövzular müzakirə edilmişdi.



Әlaqәli Xәbәrlәr