Hərəmeyni-Şərifeyn xidmətçisinə təşəkkür

Ərdoğan Səudiyyə Ərəbistanı səfəri çərçivəsində kral Salman Əbdüləzizlə görüşləri zamanı çəkilən fotoşəkilləri “Twitter” hesabından paylaşaraq yazıb

672473
Hərəmeyni-Şərifeyn xidmətçisinə təşəkkür

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı kralı Salman Əbdüləzizə qonaqsevərliyinə görə sosial media üzərindən təşəkkürünü bildirib.

  Ərdoğan Səudiyyə Ərəbistanı səfəri çərçivəsində kral Salman Əbdüləzizlə görüşləri zamanı çəkilən fotoşəkilləri “Twitter” hesabından paylaşaraq yazıb:

  "Hərəmeyni-Şərifeyn xidmətçisi kral Salman və qardaş Səudiyyə xalqına səfərim zamanı qarşılama və göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkür edirəm."



Әlaqәli Xәbәrlәr