Türkiyədə Kəşmir həmrəylik günü münasibətilə konfrans keçirildi

Türkiyədə İqtisadi və Sosial Araşdırma Mərkəzində Kəşmir həmrəylik günü münasibətilə konfrans keçirildi.

667472
Türkiyədə  Kəşmir həmrəylik günü münasibətilə konfrans keçirildi

Türkiyədə İqtisadi və Sosial Araşdırma Mərkəzində Kəşmir həmrəylik günü münasibətilə konfrans keçirildi.
 
 Konfransda İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin (ESAM) baş direktoru və sabiq enerji və təbii ehtiyatlar naziri Recai Kutan, Pakistanın Ankaradakı səfiri Sohail Mahmood və Van millət vəkili Burhan Kayatürk iştirak etdilər.
 
 Konfransda açılış nitqi ilə çıxış edən Recai Kutan Birləşmiş Millətlər Təşkilatını tənqid etdi.
 
 Kutan BMT-nin İsrail və Kəşmir məsələləri ilə bağlı verdiyi qərarların faktiki olaraq təsirsiz olduğunu bildirdi.
 
Pakistanın Ankaradakı səfiri Sohail Mahmood  çıxışında Türk hökumətinə Kəşmir xalqına göstərdiyi dəstəyə görə təşəkkür etdi.
 
 Van Millət Vəkili Burhan Kayatürk  Qərb ölkələrinin Kəşmir probleminə səssiz qaldıqlarını dilə gətirdi.
 
 Asiyanın iki mühüm nüvə gücü olan Pakistan və Hindistan arasında 69 ildir davam edən Kəşmir problemi hər iki ölkənin xarici siyasətinin müəyyənedici amilləri arasındadır. Üç böyük müharibə ilə yanaşı çoxsaylı qarşıdurmalara səbəb olan bu problem 50 minə yaxın insanın həyatına bais olub, 1,5 milyon insan evsiz qalıb.
 
 Pakistan əhalisinin böyük əksəriyyətini müsəlmanların təşkil etdiyi Kəşmirin gələcəyini Kəşmir xalqının müəyyən etməsi lazım olduğunu bildirir. Hindistan isə bölgənin 1947-ci ildə bağlanılan müqavilə əsasında Hindistanın parçası olduğunu iddia edir. Məsələ ilə əlaqədar iki tərəf arasındakı mübahisələrin davam etdiyi zamanda ortaya çıxan üçüncü bir hərəkat  Pakistan və Hindistanın hakimiyyətini rədd edərək, müstəqilliyə cəhd göstərir.



Әlaqәli Xәbәrlәr